Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) 17 705 domen adı qeydiyyatdan keçib.
AZXEBER.COM-un “Whois.az” saytına istinadən verdiyi xəbərə görə, qeydiyyatdan keçən domenlərin 15 902 ədədi “.az” domeninin payına düşüb. İndiyədək “.com.az” domenində qeydiyyatdan keçənlərin sayı isə 686 ədəd olub. Bundan başqa, .edu.az 160, .org.az 90, .net.az 56, .int.az 45, .pp.az 42 ədəd ən çox qeydiyyatdan keçən domen adlarından olub. Bu ilin əvvəlindən isə 298 domen ləğv olunub. İlin əvvəlindən qeydiyyata düşən domenlərin sayı isə 1060 təşkil edib. Qeyd edək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.