Balakən rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində öldü

Balakən rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində öldü
Bütün Xəbərlər
10:55 20.02.2013
819
Balakən rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.Bu barədə Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonunun Gərəkli kəndi yaxınlığından keçən hissəsindəki meşə zolağında baş verib. Rayon sakini, 1976-cı il təvəllüdlü, Dibirov Rasim Ziyaviddin oğlu qeyd olunan ərazidə Rusiya istehsalı olan 16 çaplı ov tüfəngi ilə ehtiyatsız davranması səbəbindən, qəfildən açılan atəş nəticəsində döş qəfəsini ağır yaralanıb. Rasim Dibirov təcilli Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rasim Dibirov aldığı güllə yarasından xəstəxanada ölüb. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR