Fevralın 2-də Milli Qəhrəman Akif Əkbərovun doğum günüdür
QAT Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Akif Abbas oğlu Əkbərov 1952-ci il fevralın 2-də Cəbrayıl rayonu Balyand kəndində anadan olub. O, polis (milis) nəfəri kimi cəbhənin müxtəlif istiqamətlərində rəşadətlə vuruşub, 1991-ci il avqustun 12-də Kəlbəcər rayonu Sarı yer yüksəkliyi uğrunda döyüşdə 6 saat düşmənin hücumlarını dəf edib, çoxlu sayda erməni yaraqlısını məhv edib və sonda qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb.
Beyləqan şəhərində dəfn edilib, orada büstü qoyulub, şəhərin küçələrindən biri onun adını daşıyır