Ermənistan ordusunun bölmələri yanvarın 3-də və 4-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozmuşlar.AZXEBER.COM-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, düşmən cavab atəşi ilə susdurulmuşdur.