Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.AZXEBER.COM-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda (Bakı-Şamaxı magistral avtomobil yolunun 26-cı kilometrliyi) "VAZ" və "Mercedess" markalı iki minik avtomobili toqquşmuşdur.Nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1973-cü il təvəllüdlü Teyyub Bəkirov hadisə yerində vəfat etmişdir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.Hadisə şahidlərinin bildirdiklərinə əsasən, "VAZ" markalı minik avtomobilində olan 1 nəfər sərnişin və "Mercedess" markalı avtomobilin sürücüsü xəsarət almış, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar.