Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.Yanvarın 08-də Abşeron yarımadasında mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 09-10-da arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli aşağı enməsi soyuq diskomfort hissi yaradaraq meteohəssas insanlar üçün əlverişsiz olacaq.