Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.AZXEBER.COM-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.