Zaqatala rayonunda zəlzələ olub.
AZXEBER.COM-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ bu gün saat 13:15-də, Zaqataladan 8 km cənubda qeydə alınıb.
Zəlzələ episentrdə 4,5 bal, Zaqatala və ətraf rayonlarda 4-2 bala qədər hiss olunub.