10 yaşında ana oldu

DÜNYA
12:15 06.04.2012
5065

Kolombiyada 10 yaşında doğum edən qız, dünyanın ən kiçik anası olub. AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlər kiçik qızın yaşının az olması səbəbiylə doğumun çətin keçdiyini bildiriblər. Ancaq 2,2 kq. ağırlığında sağlam bir körpə dünyaya gətirən 10 yaşlı qız, dünyanın ən kiçik anası olub. Hazırda polis körpənin atasını araşdırır. Ancaq polisin Kolombiyanın Vayu qəbiləsində, ailələrin daxili işlərinə qarışma səlahiyyəti yoxdur. Buna baxmayaraq, Kolombiya mediasında körpənin atası ilə əlaqədar araşdırmalar davam edir. Bəziləri 15 yaşında bir uşaq olduğunu deyərkən, bəziləri isə 30 yaşında birinin ola biləcəyini irəli sürüblər. Qeyd edək ki, Vayu qəbiləsində uşaq yaşda ana olanların sayının yüksək olduğu bildirilib. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR