Azərbaycanda ağır yol qəzası: 2 ölü, 3 yaralı

Azərbaycanda ağır yol qəzası: 2 ölü, 3 yaralı
Bütün Xəbərlər
10:30 18.12.2012
886
Bu gecə Xaçmaz rayonu Gəndob-Yalama yolunun Qusarçayın üzərindən keçən hissəsində 2 nəfərin ölümü 3 nəfəri ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsinin rəisi Elşən Mürsəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlimata görə, Xaçmaz rayonu Həsənqala kənd sakini, 54 yaşlı Malik Mahmudovun idarə etdiyi “Mercedes” markalı 99 CZ 286 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən 10 UK 543 dövlət nömrə nişanlı, “Tofaş” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Tofaş” markalı maşının sərnişinlərindən 2 nəfər, Xaçmaz rayonu Bostançı kənd sakini, 56 yaşlı Nizam Cabbarov və rayonunun Nərəcan kənd sakini, 31 yaşlı Babək Həsənov ölüb. Maşında olan digər sərnişinlər 52 yaşlı Kamran Məmmədov, 55 yaşlı Laçın Mürsəlov və “Mercedes” markalı avtomobilin sürücüsü Malik Mahmudov ağır yaralanıblar. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Laçın Mürəliyevin vəziyyəti daha ağırdır. O qapalı kəllə-beyin travması alıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR