Bakıda havanın temperaturu 0 dərəcəyə enəcək

Bakıda havanın temperaturu 0 dərəcəyə enəcək
Bütün Xəbərlər
09:22 15.12.2012
1060
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq: Dekabrın 18-dək havanın soyuq, şaxtalı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu dekabrın 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək. Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR