Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər saatlarında zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində isə yağış yağacağı ehtimalı var.Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.