Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Temperatur gecə 6-10°, gündüz 12-17° isti olacaq. Bakıda gecə 7-9°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-80 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam az yağış yağacağı ehtimalı var. Temperaturun gecə gecə 1 ° şaxtadan 4°-dək isti, gündüz 10°-15° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 2°-6°, gündüz 11 -16° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.