Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
08:32 04.12.2012
874
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR