Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
09:00 27.11.2012
723
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR