İsrailin müdafiə naziri Ehud Barak tutduğu vəzifədən istefa verib. Koalisiya hökumətində mərkəzçi fraksiyanın lideri olan Ehud Barak siyasətdən getdiyini də açıqlayıb. Vəzifəsini ancaq 2013-cü il yanvarın 22-də keçiriəcək seçkiyə qədər icra edəcəyini deyən Barak bu seçkidə namizəd olmayacağını açıqlayıb. Jurnalistlərin siyasətə qayıdıb-qayıtmamaq barədə sualına isə nazir kəskin cavab verib. “Xeyr! Siyasətə qayıtmayacağam. Artıq yazmaq və həyatdan zövq almaq istəyirəm”.