Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
08:00 15.11.2012
870
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR