Sabahdan ölkə ərazisində hava şəraiti dəyişəcək. Güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.