Oktyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Temperatur gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-65 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 6-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 10-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 8-13, gündüz 16-21 isti, dağlarda 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 14-17, gündüz 20-25 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoz