Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, lakin axşam Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.