Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Bütün Xəbərlər
08:03 31.10.2012
702
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında Oktyabrın 31-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR