AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 14-16, gündüz 21-24 dərəcə isti olacaq.Bakıda gecə 14-16, gündüz 21-24 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 6-11, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək.Temperaturun gecə 7-12, gündüz 15-20 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman və çiskin olacaq.Temperaturun gecə 13-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 12-16, gündüz 21-25, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.