AZXEBER.COM-un verdiyi məlumata görə, İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəm İkram oğlu İsmayılovun idarə etdiyi 10 SD 297 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən ağaca çırpılıb.Nəticədə avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Anar Malik oğlu İsmayılov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər, İsmayıllı rayon sakinləri 1991-ci il təvəllüdlü Tərlan Qürbət oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Mürsəl Əbülfət oğlu Daşdəmirov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.