Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
17:30 09.10.2012
1237
Bu gün günorta saatlarında Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un verdiyi məlumata görə, İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəm İkram oğlu İsmayılovun idarə etdiyi 10 SD 297 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən ağaca çırpılıb.Nəticədə avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Anar Malik oğlu İsmayılov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər, İsmayıllı rayon sakinləri 1991-ci il təvəllüdlü Tərlan Qürbət oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Mürsəl Əbülfət oğlu Daşdəmirov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR