Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
07:42 12.10.2012
873
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, axşam 20 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR