Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 11-də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.