Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
07:44 02.10.2012
895
Gecə Sabunçu rayonu Maştağa qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “VAZ 21015” markalı avtomaşınla yük maşını toqquşub. Məlumata görə, “VAZ 21015”in sürücüsü idarə etdiyi avtomaşını böyük sürətlə yük maşının arxa hissəsinə çırpıb. Nəticədə minik maşınının sürücüsü və maşında olan bir nəfər 25-30 yaşlarında sərnişin hadisə şahidləri tərəfindən xəstəxanaya aparılsa da, onlar yolda dünyalarını dəyişiblər.
OXŞAR XƏBƏRLƏR