Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
07:56 25.09.2012
875
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı gözlənilir.
Temperatur gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 13-18, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 14-19, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 13-17, gündüz 24-29 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 18-21, gündüz 28-32 dərəcə, dağlarda gecə 12-17, gündüz 22- 27 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnozSentyabrın 25-dən 27-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
OXŞAR XƏBƏRLƏR