Ermənistan daha bir əsgərini itirdi

Ermənistan daha bir əsgərini itirdi
Bütün Xəbərlər
14:32 25.09.2012
1417
Ermənistan müdafiə nazirliyinə məxsus avtomobil Aruç-Nor-Amanos yolunda qəzaya uğrayıb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "QAZ 33081" əks istiqamətli yola çıxaraq aşıb. Nəticədə avtomobildə olan 10 hərbçidən 9-u yaralanıb.
Erməni əsgərlərdən biri sonradan xəstəxanada keçinib. Daha bir hərbçinin vəziyyəti ağır olsa da, digərlərinin səhhəti nisbətən qənaətbəxşdir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR