Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinə yenidən elan edilən müsabiqənin nəticələrini açıqlayıb.TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.Müsabiqənin nəticələrinə əsasən, rezidenturanın I istiqaməti (Müalicə işi, pediatriya) üzrə plan yerləri boş qalmış 14 yerə 11 nəfər qəbul olunub.