Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:28 19.09.2012
1141
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-210, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
OXŞAR XƏBƏRLƏR