Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
10:11 09.09.2012
1209
Bakı-Qazax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.AZXEBER.COM-un məlumatına görə, sentyabrın 8-də saat 17:00 radələrində magistral yolun 193-cü kilometrliyində, Kürdəmirin Atakişili kəndi ərazisində 90-XC-383 dövlət nömrə nişanlı, “Toyota Land Cruzer” markalı və 90-EX-867 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.Hadisə nəticəsində “VAZ 21015”-in sürücüsü, 1960-cı il təvəllüdlü Rüstəmov Tahir Hüseyn oğlu dünyasını dəyişib, onun əkiz qardaşı Rüstəmov Rüstəm Hüseyn oğlu isə ağır dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR