Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
09:18 12.09.2012
866
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasındagün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-19, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.Abşeron çimərliklərindədəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcəkdir.Naxçıvan Muxtar Respublikasındagündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Temperaturun gecə 12-16, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.Temperaturun gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.Temperaturun gecə 12-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.Temperaturun gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Temperaturun gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaarabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 15-19, gündüz 22-27, dağlarda gecə 9-13, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR