Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Bütün Xəbərlər
09:17 05.09.2012
935
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-22, gündüz 25-30 dərəcə isti olacaq.
Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 10-15, gündüz 20-25 dərəcə olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 16-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 17-22, gündüz 25-30 dərəcə, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR