Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
07:48 28.08.2012
1091
Bakı-Qazax avtomobil yolunda iki minik avtomobili toqquşub, ölənlər və ağır yaralılar var.APA-nın məlumatına görə hadisə avqustun 27-də axşam saat 22:30 radələrində magistral yolun 258-ci kilometrliyində Ucar rayonu ərazisində qeydə alınıb.Ucar rayonunun Məlikballı kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Vəliyevin idarə etdiyi 61-BC-555 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini, 1977-ci il təvəllüdlü Asif Musayevin idarə etdiyi DF-942-TR-12 tranzit nömrə nişanlı “NİVA” markalı minik maşını ilə toqquşub.Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər-Ağsu sakini 1982-ci il təvəllüdlü Azad Zamanov, Xırdalan sakini 1971-ci il təvəllüdlü Asif Musayev və Ucar sakini 2007-ci il təvəllüdlü Alış Vəliyev ağır dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.“VAZ 2107”nin sürücüsü Zamiq Vəliyevin azyaşlı oğlu 2009-cu il təvəllüdlü Nuran Vəliyev və sərnişini, Ağdaş sakini 1981-ci il təvəllüdlü Anar Qəhrəmanov dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR