Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.