Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib
Bütün Xəbərlər
18:19 09.08.2012
1356
Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir hərbi birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb.Əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B. Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  Qeyd edək ki, B. Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 
OXŞAR XƏBƏRLƏR