Xəzər dənizində zəlzələ olub. AZXEBER.COM- un Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 04:22-də qeydə alınıb. Lənkəran şəhərindən 118 km şimali-şərqdə Xəzər dənizində qeydə alınmış yeraltı təkanların gücü episentrdə 3 bal olub. Zəlzələ hiss edilməyib.