Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
09:17 28.07.2012
982
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.Hava şəraitinin qısa icmalı: Ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR