Temperatur gecə 20-25° isti, gündüz 28-33° isti olacaqdır.Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz olacaqdır.Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarındagecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 19-23°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındagecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 15-20°, gündüz 24-28° olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-19° isti, gündüz 23-27° isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnozİyulun 31-də mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amil olsa da, avqustun 1-2-də zəif küləklərin üstünlüyü və arabir havada yaranan durğunluq fonunda isti diskomfort hava şəraiti əlverişsizdir.