Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
00:16 31.07.2012
1059
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-25° isti, gündüz 28-33° isti olacaqdır.Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz olacaqdır.Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarındagecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 19-23°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındagecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 15-20°, gündüz 24-28° olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-19° isti, gündüz 23-27° isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnozİyulun 31-də mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amil olsa da, avqustun 1-2-də zəif küləklərin üstünlüyü və arabir havada yaranan durğunluq fonunda isti diskomfort hava şəraiti əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR