Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutuldu

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutuldu
Bütün Xəbərlər
17:09 25.07.2012
1229
Rusiya Federasiyasının Tümen vilayətində 11 ildir dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kəmalə Məmmədova yaxalanıb.
AZXEBER.COM-un Tümen vilayət Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, 47 yaşlı K. Məmmədova 2001-ci ildə 2 nəfərə Bakı şəhərində ev satacağını vəd edərək onlardan 10 min dollara yaxın pul alıb və Azərbaycanı tərk edib. O, 11 il sonra Tümen vilayətinin Borovski qəsəbəsində həbs olunub.
Tümen Prokurorluğu K. Məmmədovanın Azərbaycana ekstradisiyası məsələsinin həll olunması üçün müvafiq sənədləri RF Baş Prokurorluğuna göndərib. Ekstradisiya haqqında qərarı baş prokuror verməlidir.
OXŞAR XƏBƏRLƏR