İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı
Bütün Xəbərlər
20:07 24.07.2012
1414
İyulun 23-də fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə imtahanlar keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub.Qeyd edək ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 3270 vakant yerə 16 min 195 nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb və 728 nəfərin ərizəsi ixtisas uyğunsuzluğuna görə ləğv edilib. Nəticədə 15 min 467 nəfərin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.Müsabiqənin ikinci mərhələsinə buraxılanlar arasında ibtidai sinif müəllimi işləmək istəyənlər daha çoxdur. Bu ixtisas üzrə 143 vakant yer üzrə (Bakı şəhəri üzrə 39, digər rayon və şəhərlər üzrə 104) 3764 nəfər ərizə verib. Namizədlərdən 2731 nəfər ingilis dili, 2160 nəfər Azərbaycan dili və ədəbiyyat, 1483 nəfər riyaziyyat, 1112 nəfər isə tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib.
OXŞAR XƏBƏRLƏR