5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
00:52 13.07.2012
1467
Sabirabad, Saatlı, İmişli, Lənkaran və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. 
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZXEBER-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 13 iyul tarixində saat 09:00-dan 18:00-dək “Azadkənd-İmişli” magistral qaz kəmərində eləcədə “Lənkaran”, ”Xarxatan” və “Quba” Qazpaylayıcı Stansiyasılarından təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarının yaşayış məntəqələrinə, Quba şəhərinin bir hissəsi, rayonun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə həmçinin Lənkaran və Liman şəhərləri daxil olmaqla Lənkəran rayonun Xarxatan və Vilvan kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR