Azərbaycanda məhkum öldü

Azərbaycanda məhkum öldü
Bütün Xəbərlər
12:19 05.07.2012
1236
Azərbaycanda məhkum ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.Müəssisədə müalicə olunan, 1944-cü il təvəllüdlü Cavadov Vəli Qüdrət oğlu qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, o ürək tutmasından vəfat edib. Mərhumun meyiti ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra onun ölümünün dəqiq səbəbləri məlum olacaq.Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Qeyd edək ki, V. Cavadov qohumunu baltalayıb. İmişli rayon sakini olan V. Cavadov 2010-cu ildə torpaq üstündə yaranmış mübahisə zəminində qohumu, 1958-ci il təvəllüdlü Cavadov Mahir Qənimət oğlunu balta ilə vurub.
OXŞAR XƏBƏRLƏR