Qeyri-sabit hava şəraiti davam edəcək

Qeyri-sabit hava şəraiti davam edəcək
Bütün Xəbərlər
18:09 30.06.2012
1523
İyulun 1-də ölkə ərazisində buludlu hava şəraitinin üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 18-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 22-27, dağlarda gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.Sabah ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR