Buzovna-Maştağa yolunda baş verən qəza zamanı Cavid Əliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Ceyhun Musazadəyə məxsus “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən sonra “Jiquli”nin sürücüsü Cavid Əliyev hadisə yerində dünyasını dəyişib.Digər avtomaşında olan sürücü və 2 nəfər sərnişin isə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə yaralılara ilkin tibbi yardım göstərilib və onların vəziyyəti stabildir.Faktla bağlı Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Yol nəqəliyyat hadisəsinin hansı sürücününü günahı ucbatından baş verdiyi isə idarənin istintaq şöbəsində başlanılan araşdırmalarından sonra məlum olacaq.Bir faktı da nəzərinizə çatdıraq ki, yol nəqliyyat hadisəsinin qeydə alındığı yolda quraşdırılan küçə işıqlarının yananmamasını da qəzanın səbəbləri sırasına əlavə etmək olar.
ANSPRESS