Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Bütün Xəbərlər
11:12 10.05.2012
3710

Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb

Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı ümumilli lmiderin məzarı önünə əklil qoyub. Prezident həmçinin akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində H. Əliyevin anadan olmasının 89 illiyi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR