Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.