Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ
Bütün Xəbərlər
08:10 02.05.2012
1597

Bakıda 27 dərəcəyədək isti gözlənilir.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı,axşam isə buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Hava şəraitinin qısa icmalı: Mayın 2-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, mayın 3-də isə səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu mayın 3-də ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.

OXŞAR XƏBƏRLƏR